"Azərbaycanın səhiyyə qanunverciliyi təkmilləşdiriləcək".
Bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib. Nazir bildirib ki, mövcud normativ hüquqi bazanın bugünkü tələblərə uyğunlaşdırılaraq yeni qanunvericilik sənədlərinin hazırlanması istiqamətində işlər görülür:
“Yeni yaradılacaq Transformasiya ofisinin fəaliyyət istiqamətlərindən biri də budur. Hazırlanan sənədlər səhiyyə sektorunun digər iştirakçıları ilə birgə razılaşdırılaraq tətbiqinə başlanılacaq”.