• 29 Noyabr 2023
logo
Nazirlik: Omicron ştamının bir neçə variantı var

Nazirlik: Omicron ştamının bir neçə variantı var

Omicron ştamının özünün də bir neçə variantı var.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.
O bildirib ki, mutasiya olunsa da koronavirusa xas olan əlamətlər bu ştama da xasdır:
“Xəstəliyin üzə çıxması daha qısadır. Bəzən olur ki səhər yoluxma olduqda belə əlamətlər axşama doğru ortaya çıxır. Həmçinin xəstəlik zamanı yoluxduruculuq yüksək olsa da, yoluxduruculuq günlərinin sayı azdır. Omicron ştamında yuxarı tənəffüs yollarının zədələnməsi əlamətlərinə daha çox rast gəlinir . Burun axması, tutulması, boğaz ağrıları, temperaturun qalxması müşahidə olunur. Hətta az temperaturla insanlar zəif olduqlarından şikayət edirlər. Daha çox halsızlıq meydana çıxarır”.