• 7 Dekabr 2023
logo
Yaz semestri üçün təhsil tələbə kreditlərinə müraciət tarixi məlum olub

Yaz semestri üçün təhsil tələbə kreditlərinə müraciət tarixi məlum olub

Təhsil tələbə krediti ilə bağlı yaz semestri üçün müraciətlərin qeydiyyatına 16 fevraldan başlanılacaq.
Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda verilən kreditlər payız semestri üçün idi:
“Tələbələr fevralın 15-nə kimi payız semestri üçün müraciət edə bilərlər”, – o qeyd edib.