Əyani formada ödənişli təhsil alan tələbələrin 13,8 faizinin və ya 20 200 nəfərinin təhsil haqqını dövlət ödəyir.
Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, onlardan məcburi köçkün statuslu tələbələrin sayı 13 400 (bakalavriat 12 450, magistratura 950), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələr 1555 (bakalavriat 1150, magistratura 85, subbakalavr 320), Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş və əlil olmuş şəxslərin uşaqları 3935 (bakalavriat 3150, magistratura 105, subbakalavr 680), əlilliyi olan tələbələrin sayı (1 və 2-ci dərəcə və SİMŞ.) isə 1310-dur (bakalavr 750, magistratura 60, subbakalavr 500).