• 29 Noyabr 2023
logo
Parlament Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyinə dair sazişi təsdiqləyəcək

Parlament Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyinə dair sazişi təsdiqləyəcək

Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş müzakirəyə çıxarılacaq.
Parlamentin Aqrar siyasət komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi daxil edilib.