• 20 Aprel 2024
logo
Məktəbdaxili münasibətləri tənzimləyən yeni qaydalar hazırlanır

Məktəbdaxili münasibətləri tənzimləyən yeni qaydalar hazırlanır

"Məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər 2021-ci ilin yayından etibarən başlayıb".
Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sekorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib. Növbəti tədris ili başlanandək yeni nümunəvi qaydaların təqdimatı olacaq.