• 17 Aprel 2024
logo
Baş Qərargah rəisi: “Qoşunların döyüş qabiliyyəti artırılıb”

Baş Qərargah rəisi: “Qoşunların döyüş qabiliyyəti artırılıb”

Azərbaycan Ordusunda müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların döyüş qabiliyyəti artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib.
Bunu Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında, Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə quruculuq işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Qeyd olunub ki, Baş Qərargah və ümumilikdə Müdafiə Nazirliyinin mərkəzi aparatında, qoşun növləri qərargahlarında təşkilati-struktur dəyişiklikləri edilib. Quru Qoşunları Komandanlığı, yeni birlik, birliklərin tərkibində əməliyyat (komando) birləşmələri və digər bölmələr yaradılıb və onların əməliyyat imkanları genişləndirilib.