• 29 Mart 2024
logo
“Müharibə veteran”larına yanvar ayı üzrə ödənişlərin verilməməsinə aydınlıq gətirilib

“Müharibə veteran”larına yanvar ayı üzrə ödənişlərin verilməməsinə aydınlıq gətirilib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Müharibə veteran”larına yanvar ayı üzrə ödənişlərin verilməməsinə aydınlıq gətirib.
Nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, hazırda proses davam edir və burada bir neçə qurumun fəaliyyətindən söhbət gedir.
Onun sözlərinə görə, bu proses mərhələli şəkildə təmin ediləcək və yanvar ayının ödənişləri də veriləcək.
Nazir müavini diqqətə çatdırıb ki, artıq “Zəfər” altsistemi aktivləşdirilib və istifadəyə verilib: “Zəfər” altsisteminə daxil olan şəxslər özləri barədə məlumatları “e-sosial” portalından ala bilərlər”.