• 26 Aprel 2024
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 563 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 549, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 393 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 876 073, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 220 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 734 704, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 921 368 təşkil edir.