• 25 Aprel 2024
logo
Dini qurumların ianə qəbul etməsi qaydası hazırlanacaq

Dini qurumların ianə qəbul etməsi qaydası hazırlanacaq

İanə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydası hazırlanacaq.
Bu, "Dini etiqad azadlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.