• 26 Aprel 2024
logo
Dini mərkəzlərin səlahiyyətlərindən biri ləğv olunur

Dini mərkəzlərin səlahiyyətlərindən biri ləğv olunur

Dini qurumun hüquqi ünvanı dəyişdikdə məlumat vermə qaydası dəyişir.
Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, dini qurumun hüquqi ünvanı dəyişdikdə bu barədə müvadfiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 10 gün müddətində məlumat veriləcək.
Qüvvədə olan qanuna görə, dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə 7 (yeddi) gün müddətində tabe olduğu dini mərkəzə (idarəyə) məlumat verir. Dini mərkəz (idarə) bu barədə, habelə öz hüquqi ünvanı dəyişdiyi hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 10 (on) gün müddətində məlumat verir.