• 24 Aprel 2024
logo
Koronavirusa görə Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb

Koronavirusa görə Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb

Koronavirusa yoluxma səbəbindən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb.
Bununla bağlı APA-ya açıqlama verən Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, Respublika Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin həm stationar, həm ambulator qaydada tibbi-sosial reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir: “Son günlərdə 50 çarpayılıq müəssisədə xidmətlər alan əlilliyi olan şəxslərin bir neçəsində “COVİD-19” virusu aşkarlandığına görə virusun yayılmaması üçün müəssisəyə qəbul 31.01.2022-ci ilədək müvəqqəti dayandırılıb.
Hazırda mərkəzdə profilaktik tədbirlər görülür və dezinfeksiya işləri aparılır. Qeyd olunan tarixdən sonra yenidən qəbula başlanacaq”.