• 19 Aprel 2024
logo
Karantin müddətinin azaldılması təhsil müəssisələrinə də şamil olunacaq

Karantin müddətinin azaldılması təhsil müəssisələrinə də şamil olunacaq

Koronavirusa yoluxan şəxslərdə karantin müddətinin 7 günə endirilməsinin təhsil müəssisələrinə şamil olunması məsələsinə aydınlıq gətirilib.
Səhiyyə Nazirliyindən APA-nin sorğusuna cavab olaraq bildirilib ki, qərara əsasən, məktəblər koronavirusa görə bağlandıqda karantin müddəti 1 həftə olacaq.