• 18 May 2022
logo
Kamran Əliyev: “Ötən il qeydə alınmış cinayətlərin 87,3 faizinin üstü açılıb”

Kamran Əliyev: “Ötən il qeydə alınmış cinayətlərin 87,3 faizinin üstü açılıb”

"Ötən il qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin üstü açılıb".
Bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.
O bildirib ki, prokurorluq və daxili işlər orqanlarının qarşılıqlı və effektiv əməkdaşlığı nəticəsində ötən il qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin açılması təmin olunub. Bu cinayətlərin 94,2 faizinin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib.