• 25 Aprel 2024
logo
Ötən il 18 min nəfərin pensiyasında əksik ödəmələr aşkarlanıb

Ötən il 18 min nəfərin pensiyasında əksik ödəmələr aşkarlanıb

“Ötən il təxminən 18 min nəfərin pensiyasında əksik ödəmələr aşkarlanıb”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov “Sosial saat”da deyib. O bildirib ki, bu məbləğ aylıq 500 min manatdan çox, illik 6 milyon manata yaxın məbləğdir: “Bundan başqa, 2021-ci ildə keçmiş rayon şöbələri tərəfindən təyin olunmuş 20 mindən artıq pensiya işi invertarlaşdırılıb. Burada bir çox məsələlərə aydınlıq gəlib. Vətəndaşlarda artıq ödəmələr aşkarlanıb. Aşkarlandıqdan sonra vətəndaşa yazılı şəkildə bildiririk. Bundan sonra pensiya məbləğindən müəyyən faizlə tutulma rəsmiləşdirilir”.