• 29 Mart 2024
logo
Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlanıb

Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlanıb

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yağıntı davam edir.
Bakı - Şamaxı avtomobil yolunun 65-104 kilometrlik və yolun Qobustan rayonu ərazisindən keçən hissəsi, Giləzi - Xızı avtomobil yolunun, o cümlədən İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Yolların buz bağlamış hissələrində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.