• 4 Oktyabr 2024
logo
Nazir Sahil Babayevin Kürdəmir rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Nazir Sahil Babayevin Kürdəmir rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Kürdəmir rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi noyabrın 29-dan noyabrın 30-na dəyişdirilib.
Noyabrın 30-da S.Babayev Kürdəmir rayon sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.
Noyabrın 29-da isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Ucar rayonunda, Mətin Kərimli isə Zərdab rayonunda vətəndaşlarla görüşəcəklər.