• 24 Aprel 2024
logo
İşğaldan azad edilmiş ərazilərdə daha 15 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə daha 15 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan bildirilib ki, yanvarın 10-dan 15-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 14 piyada əleyhinə mina, 1 tank əleyhinə mina və 112 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 51.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.