• 6 İyul 2025
logo
Azərbaycan əhalisinin ötənilki aptek xərcləri açıqlanıb

Azərbaycan əhalisinin ötənilki aptek xərcləri açıqlanıb

Ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 952 mln. manat vəsait xərclənib.
Dövlət Statistika Komitəsinin apardığı hesablamalarına görə, bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 24,8% çoxdur.
2021-ci ilin təkcə dekabr ayında satışların həcmi noyabr ayı ilə müqayisədə 8,9% artsada, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 3,3% azalaraq 100,8 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.