• 22 Yanvar 2022
logo
XİN-də diplomatik xidmətə qəbul imtahanı üçün qeydiyyat başa çatıb

XİN-də diplomatik xidmətə qəbul imtahanı üçün qeydiyyat başa çatıb

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat müddəti başa çatıb.
Dövlət İmtahan Mərkəzinin xəbərinə görə, qeydiyyat müddəti 13 yanvar saat 09:00-da başa çatıb. İmtahanda iştirak etmək üçün 478 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı yanvarın 23-də keçiriləcək.