• 21 Yanvar 2022
logo
XİN-də diplomatik xidmətə qəbul imtahanına qeydiyyat müddəti uzadılıb

XİN-də diplomatik xidmətə qəbul imtahanına qeydiyyat müddəti uzadılıb

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadılıb.
Dövlət İmtahan Mərkəzinin xəbərinə görə, bu gün saat 18:00-da başa çatmalı olan qeydiyyat müddəti 13 yanvar saat 09:00-dək uzadılıb.
Qeyd edək ki, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı yanvarın 23-də keçiriləcək.