• 4 İyul 2025
logo
Son iki ildə 2000-dən çox şəxsin əmək pensiyası əskik ödənilib

Son iki ildə 2000-dən çox şəxsin əmək pensiyası əskik ödənilib

Son 2 il ərzində 2000-dən çox şəxsin əmək pensiyasının əskik ödənildiyi aşkarlanıb.
Bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev bildirib.
Onun sözlərinə görə, nəticədə bu şəxslərin əmək pensiyaları yenidən hesablanıb: “Orta hesabla pensiya məbləğləri 633 manatdan 739 manata qədər artırılıb. Bu, bir şəxsin pensiyasında təqribən 100 manat, orta hesabla 17-18 faiz artım deməkdir. Keçmiş dövr üzrə bu kontingentə 3 milyondan artıq ödənilməli olan vəsait hesablanıb. Həmin 3 milyon manat vəsait də qanunvericiliyin tələblərinə uyğun ödənilməkdədir”.