• 21 Yanvar 2022
logo
Nazirlik: ""Surroqat ana"nın bir neçə növü var, əhali arasında maarifləndirmə aparılmalıdır"

Nazirlik: ""Surroqat ana"nın bir neçə növü var, əhali arasında maarifləndirmə aparılmalıdır"

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsindəki məsələlərin 99 faizi demək olar ki, Azərbaycan cəmiyyəti tərəfindən normal qarşılanır”.
Bunu APA-ya İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.
O bildirib ki, Azərbaycanın indiki inkişaf səviyyəsi və mentaliteti Qərb ölkələrində geniş tətbiq olunan bir neçə məqamın geniş tətbiq və təşviq edilməsinə bir qədər çətinlik törədir: “Burada söhbət "surroqat ana" məsələsindən gedir. Bunun da bir neçə növü var. Bununla bağlı əhali arasında geniş maarifləndirmə aparılmalıdır. Qanun layihəsi qəbul olunmazdan əvvəl bu məsələlər həllini tapmalıdır. Burada məsələ reproduktiv sağlamlığın təşviqi ilə bağlı tədbirlərdən gedir".
N.Seyidov vurğulayıb ki, qanun çərçivəni əhatə edir: “Amma ondan irəli gələn tədbirlərin icrası üçün reproduktiv sağlamlıq haqqında xüsusi Fəaliyyət Planının olması çox önəmlidir”.