• 21 Yanvar 2022
logo
Lənkəran Regional Perinatal Mərkəzinin açılışı olub

Lənkəran Regional Perinatal Mərkəzinin açılışı olub

TƏBİB-in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Lənkəran Regional Perinatal Mərkəzin açılışında iştirak edib. Bu barədə xalqcəbhəsi.az-a mərkəzdən məlumat verilib. Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Lənkəran Regional Perinatal Mərkəzində aparılmış işlərlə tanış olub. Lənkəran RMX PHŞ-in direktoru Ağabala Kəlbiyev cənub bölgəsində yaşayan əhaliyə xidmət güstərilməsi üçün müəssisənin ən yeni avadanlıqlarla təmin edildiyini qeyd edib. O əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə ixtisaslaşmış kadrların cəlb edildiyini diqqətə çatdırdı.
Daha sonra, Mərkəzin binası ilə yaxından tanış olan Vüqar Qurbanov kollektivə tapşırıq və tövsiyyələrini verib. O Regional Perinital Mərkəzin fəaliyyətə başlamasının olduqca mühüm hadisə olduğunu və Mərkəzin 9 rayonun əhalisinə xidmət göstərəcəyini bildirdi. TƏBİB-in müvafiq şöbələri tərəfindən pernital mərkəzdə çalışan həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində müntəzəm olaraq təlimlərin keçirildiyini qeyd edib.
Məlumat üçün qeyd edə ki, Mərkəzdə ümumilikdə 76 çarpayı (Doğum şöbəsi-45, pataloğiya şöbəsi-15, Anesteziologiya və Reanimasiya şöbəsi-6, Yenidoğulmuşların reanimasiya və intesiv terapiya bölməsi-10) mövcuddur.