Sabahın hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 22-də havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-6, gündüz 3-5 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 778 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.