• 19 Mart 2024
logo
Bu il Azərbaycanda 46 mindən çox cütlük evlənib

Bu il Azərbaycanda 46 mindən çox cütlük evlənib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 46 min 898 nikah və 12 min 713 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Ünmumilikdə Azərbaycanda boşananlar arasında nikahı 5 ilə qədər davam edənlər çoxluq təşkil edir. 2018-ci il ərzində Azərbaycanda 14 857 boşanma qeydə alınıb.
Boşananların 5296-nin nikahı 5 ilə qədər, 4188-nin nikahı 5-9 il, 3441-nin nikahı 10-19 il, 1932-nin nikahı 20 il və çox davam edib.
Boşanmalar daha çox 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar arasında qeydə alınır.