• 8 Dekabr 2019
logo
add image
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqlara rayonlara, bir qisminə evlərinə aparılaraq verilib

Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqlara rayonlara, bir qisminə evlərinə aparılaraq verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən növbəti səyyar xidmət tədbiri keçirilib.
Nazirlikdən verilən məlumata görə, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarında yaşayan əlilliyi olan şəxslərə ehtiyac duyduqları reabilitasiya vasitələri həmin rayonlara, onlardan bir hissəsinə isə evlərinə aparılaraq təqdim edilib.
Salyan rayonu üzrə 26, Biləsuvar rayonu üzrə 19, Cəlilabad rayonu üzrə 34, Neftçala rayonu 8 nəfər olmaqla, dörd rayon üzrə 87 nəfər əlilliyi olan şəxsə ümumilikdə 403 reabilitasiya vasitəsi verilib. Onlar 12 əlil arabası, aşağı və ətraf protezləri, ortopedik və protez ayaqqabılar, dirsəkaltı və qoltuqaltı ağaclar, əsalar və s. ilə təmin ediliblər.
Səyyar formada xidmət göstərilən vətəndaşlar, eləcə də onların ailə üzvləri bu tədbirdən, ümumən əliliyi olan şəxslərin sosial müdafiəsi, tibbi və sosial reabilitasiyası istiqamətində aparılan işlərdən razı qaldıqlarını bildiriblər.
Ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının Bakıya, Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilmək imkanı olmayan fiziki məhdudiyyətli insanlara Mərkəzin əməkdaşları bu vasitələri ya yaşadıqları rayonlara apararaq təqdim edir, ya da evlərinə çatdırırlar. Bu istiqamətdə tədbirlər davam etdiriləcək.