• 17 İyul 2025
logo
İnfeksionist: "Azərbaycanda “Omicron” ştamı aşkarlanmayıb"

İnfeksionist: "Azərbaycanda “Omicron” ştamı aşkarlanmayıb"

“Hazırda bütün vaksinlər “Omicron” ştamından qoruyur”.
Bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov “COVID-19 - Omikron ştamı” mövzusunda çıxışında deyib.
O bildirib ki, vaksin yoluxmadan, ağır xəstəlik və ölüm hallarında yüksək faizlə qoruyur: “Buster doza gücləndirici dozadır. Var olan immun cavabın daha da qüvvətləndirilməsi üçün vurulur. Bu, COVID-19-a spesifik olan bir şey deyil. Digər xəstəliklərə qarşı da zamanla, 10 il aralıqla peyvəndləri təkrarlayırıq”.
İnfeksionist qeyd edib ki, hazırda Azərbaycanda “Omicron” ştamı aşkarlanmayıb.