• 19 Mart 2024
logo
Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər

Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər

"Növbəti ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər".
Bunu "YAŞAT" Fondunun bir illik hesabat tədbirində Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.
Onun sözlərinə görə, bununla bağlı Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin rəhbəri Abdullah Erenlə memorandum imzalanıb: "Həmin qurumla birgə proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq".