• 19 Aprel 2024
logo
XİN-də işə qəbul üzrə sınaq imtahanına qeydiyyat başlayıb

XİN-də işə qəbul üzrə sınaq imtahanına qeydiyyat başlayıb

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat başlayıb.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahan dekabrın 26-da keçirilir.
Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 19 dekabr saat 18:00-dək həyata keçirilir.
İmtahan müddəti 2 saat 30 dəqiqədir. Sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.
Namizədlər aşağıda qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.
https://exidmet.dim.gov.az/elimt/XINTest/elan