• 20 Yanvar 2022
logo
ETSN: Hirkan meşələri gələn il UNESCO-nun irs siyahısına daxil olacaq

ETSN: Hirkan meşələri gələn il UNESCO-nun irs siyahısına daxil olacaq

"Milli parklarda şəffaflığın artırılması və digər məsələlərlə bağlı işlər görülür".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi departamentinin direktor müavini Rəşad Allahverdiyev “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdərəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminarda deyib.
O bildirib ki, Hirkan Milli Parkı seçilmiş ərazilərdən biridir: "2022-ci ilin iyun ayında Hirkan meşələri UNESCO-nun ümumdünya irs siyahısına daxil olacaq. Burada artıq UNESCO çərçivəsində müəyyən fəaliyyətlərin aparılması qarşıya hədəflərdən biri kimi qoyulub".