• 19 Mart 2024
logo
Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

Qərbi Azərbaycan əyalətinin Baş Təhsil İdarəsinin başçısı Məhin Mənafi əyalətdə 28 min şagirdin çətin şəraitdə təhsil aldıqlarını və ilkin təhsil ləvazimatlarından məhrum olduqlarını deyib.
M.Mənafi pandemiya dövründə təhsilin onlayn şəkildə aparıldığını deyərək, şagirdlərin tablet və bu kimi başqa avadanlıqlar əldə etməkdə çətinlik çəkdiklərini, yeni təhsil ilində bunun həlli ilə bağlı tədbirlər görməyə çalışacaqlarını bildirib.
Yerli xeyriyyəçilərin yoxsul məktəblilər üçün 100 ədəd tablet bağışlaması mərasimində danışan Baş Təhsil İdarəsinin rəhbəri azərbaycanlı xeyriyyəçilərin aztəminatlı məktəblilərin təhsil problemlərinin həllində əhəmiyyətli rol oynadıqlarını söyləyib.
Qeyd edək ki, verilən rəsmi statistikalara görə, Qərbi Azərbaycan əyaləti təhsil göstəricilərinə görə İranda sonuncu yerlərdə qərarlaşıb.
Bundan öncə bu barədə rəsmi statistikalara istinad edərək
Qərbi Azərbaycan əyalətinin Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin başçısı Sepide Təyyib Qasimi açıqlama verib.
Əyalətin təhsil sahəsindəki problemlərindən danışan Sepide Təyyib Qasimi bildirib ki, Qərbi Azərbaycan əyaləti təhsil göstəriciləri üzrə İranda 31 əyalət içində 29-cu yeri tutur.
O, hal-hazırda əyalətdə 134 kaneks (konteyner), 255 daşdan, 292 ağacdan qurulmuş qeyri-standart və məktəbin olduğuna diqqət çəkib, bu və başqa göstəricilərə görə əyalətin ən təhsil sahəsində siyahının ən sonlarında yer aldığını təəssüflə vurğulayıb.
“Hazırda ölkədə şagir başına düşən ortalama təhsil sahəsi 5,18 kvadratmetr, Qərbi Azərbaycanda isə ortalama təhsil sahəsi 4 kvadratmetrdir və adambaşına düşən təhsil sahəsinə görədə əyalət ölkə üzrə axırdan ikinci yeri tutur”-deyə, Təyyib Qasimi bildirib.
O, bununla yanaşı 5600 sinif otağının dağılmaq üzrə, istifadəyə yararsız olduğunu qeyd edib.
Bununla yanaşı Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsinin başçısı Məhin Mənafi əyalətdə təhsil sahəsində hakim olan durumun qəbuledilməz olduğunu deyib.
Mənafi bu sahəyə əhəmiyyətli dərəcədə vəsait ayrılmadığını, ölkə üzrə şagird başına düşən təhsil sahəsinin ortalama 5.7 olduğu halda Qərbi Azərbaycanın bir sıra bölgələrində bunun 1.7 təşkil etdiyini bildirib.
Gunaz.tv