• 28 Mart 2024
logo
Ötən ay Füzuli və Cəbrayılda minaya düşən şəxslərə əlillik dərəcələri veriləcək

Ötən ay Füzuli və Cəbrayılda minaya düşən şəxslərə əlillik dərəcələri veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Daxil Qoşunların hərbi həkim-ekspertləri erməni terroru nəticəsində xəsarət almış iki hərbçi və bir mülki şəxsi ziyarət ediblər.
Nazirlikdən bildirilib ki, hər üç şəxs - ötən ay hərbi xidmət vəzifələrini yerinə yetirərkən Füzuli rayonunda minaya düşən hərbi qulluqçular Sarib Məmmədzadə, Murad Məmmədzadə və Cəbrayıl rayonunda təmir-tikinti işləri apararkən minaya düşən mülki şəxs Natiq Məmmədov hazırda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunur.
Həkim-ekspertlər tərəfindən onların əyani müayinəsi də aparılıb və hər birinin hazırkı sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olduğu müəyyən edilib. Müayinə foto-videolar çəkiliş də aparılmaqla aktlaşdırılıb və qısa müddətdə müvafiq şəhadətnamə və göndəriş təqdim edildikdən sonra onlara əlillik dərəcələri təyin ediləcək.