• 18 Yanvar 2022
logo
Nazirlik “Azərbaycan məktəbi”nin sabiq baş redaktoru ilə bağlı məsələyə münasibət bildirib

Nazirlik “Azərbaycan məktəbi”nin sabiq baş redaktoru ilə bağlı məsələyə münasibət bildirib

Təhsil Nazirliyi qurumun mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsəməsi ilə bağlı məsələyə münasibət bildirib.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəfov Rahil Nadir oğlu ilə bağlanmış əmək müqaviləsinə 19 yanvar 2021-ci il tarixindən xitam verilib.
Qeyd edək ki, məlumata görə, R. Nəcəfov akademiyanın bir neçə əməkdaşını Təhsil Nazirliyində işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların ölkəmizdə tanınacağı, dissertasiya işinin yazılacağı, eləcə də xarici nüfuzlu jurnallarda məqalələrinin dərc ediləcəyinə dair inandıraraq onlardan 3-5 min manat məbləğində pul tələb edib və əməkdaşların pulunu mənimsəyib.
Zərərçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.
Faktla bağlı araşdırma aparılır.
O, 2018-2021-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.