• 29 Mart 2024
logo
Əziz Səncər: "Elmlə məşğul olmaq istəyən azərbaycanlı tələbələrə inanıram"

Əziz Səncər: "Elmlə məşğul olmaq istəyən azərbaycanlı tələbələrə inanıram"

"Əgər Azərbaycandan tələbə gəlmək istərsə, çox məmnun olaram. Elmlə məşğul olmaq istəyən azərbaycanlı tələbələrə inanıram və mənimlə çalışmağa gələrlərsə, qəbul edərəm".
Bunu Nobel mükafatçısı Əziz Səncər keçirdiyi brifinqdə deyib.
Qida təhlükəsizliyi ilə bağlı laboratoriyanın açılışında iştirak etdiyini deyən Ə. Səncər bildirib ki, Azərbaycan bir çox qida məhsullarını xaricdən idxal edir: "Ona görə də bu sahədə təhsil vermək və elm adamları yetişdirmək önəmlidir. Azərbaycanın bu işlər üzərində çalışması lazımdır".