• 19 Aprel 2024
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 339 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 363, "buster" üzrə vaksinasiya olunanların sayı 19 959 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 702 988, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 098 541, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 593 278 təşkil edir, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 011 169 təşkil edir.