• 27 Yanvar 2022
logo
Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb

Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb

Təhsil naziri Emin Əmrullayev qəzalı vəziyyətdə olan məktəblərlə bağlı vəziyyətə münasibət bildirib.
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 4400-dən artıq məktəb var və onların 75 faizi və ya 3500-ə qədər tədrisə yararlı vəziyyətə gətirilib: "Qəzalı vəziyyətdə olan məktəblərlə bağlı vəziyyəti bilirik, xəbərdarıq. Bütün problemi bir gündə həll etmək mümkün deyil. Növbəlilik əsasında prioritet məktəblər seçilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə də yeni məktəblər tikilir. Bu məktəblər şəhərdə olan yükü azaltmağa və məcburi köçkün məktəblərinin geriyə qaytarılması prosesində məktəb infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edəcək".