• 28 Mart 2024
logo
Nazir: "Təhsil proqramları tələblərə cavab verməlidir"

Nazir: "Təhsil proqramları tələblərə cavab verməlidir"

"Distant təhsil pandemiyadan sonra bizə qalan azsaylı müsbət miraslardan biri olacaq. Məqsəd təhsili distant etmək yox, distant təhsillə nələrəsə nail olmaqdır".
Bunu UNEC İqtisadi Forumunda "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, hibrid modellər mütləq olmalıdır, amma bunun necə olması olduqca vacibdir. Nazir eyni zamanda deyib ki, təhsil proqramları modern, müasir olmalıdır və tələblərə cavab verməlidir: "Azərbaycan ali təhsil sisteminə yeni mövzuları gətirməliyik. Niyə bizə tədqiqat yoxdur? Bunun səbəblərindən biri odur ki, tədqiqatın bir faydası, dəyər zəncirində öz yeri olmalıdır. Daha sonra tədqiqat nəticəsinin yeni tədqiqata keçməsinə, sənayeləşməsinə baxılmalıdır. Çalışmalıyıq ki, elmimiz və ali təhsil müəssisələrimiz dünyaya açılsın. Bizim tədqiqatlar qərara qədər bir neçə təsdiq mərhələsindən keçsin".