• 20 Aprel 2024
logo
Gələn ilin bayram günləri açıqlanıb

Gələn ilin bayram günləri açıqlanıb

2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.
Qərarda nəzərdə tutulan günlər iş günü hesab edilmir.