• 19 Aprel 2024
logo
Deputat: “Azərbaycan tranzit ölkə kimi narkotiklə bağlı bəlanın acısını çəkir”

Deputat: “Azərbaycan tranzit ölkə kimi narkotiklə bağlı bəlanın acısını çəkir”

“Azərbaycan da tranzit ölkə kimi narkotiklə bağlı bəlanın acısını çəkir”.
Bunu Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə deputat Məıahət İbrahimqızı deyib.
O bildirib ki, narkomaniya ilə mübarizə bu gün təqdir olunur: “Azərbaycan elə bölgədir ki, narkobiznesin xəttində yerləşir. İşğaldan azad edilmiş torpaqlarda da narkotik bitkilər yetişdirilirdi. Həm də narkotik ticarətində bizim işğal altında olmuş yerlərdən tranzit kimi istifadə edilirdi”.
M. İbrahimqızı deyib ki, tədrisə hələ də narkomaniya ilə mübarizə məsələsini sala bilməmişik: “Bununla bağlı addımların atılmasına da ehtiyac var”.
Deputat, eyni zamanda, nikaha gedən insanlardan Narkoloji Dispanserdən də arayış alınmasına ehtiyac olduğunu bildirib: “Hazırda narkotik istifadəçiləri arasında artımın çox olduğunu deyirik. Nikahdan əvvəl bu arayış da tələb olunsa, gizli narkotik istifadəçilərinin müəyyən olunmasına şərait yaradar”.