• 20 Aprel 2024
logo
COVID-19 PCR testlərinin dəyəri kəskin düşəcək

COVID-19 PCR testlərinin dəyəri kəskin düşəcək

16 may 2019-cu il tarixdə ölkə prezidenti cənab İlham Əliyevin açılışını gerçəkləşdirdiyi və “AZƏRBAYCAN İNVESTİSİYA ŞİRKƏTİ” – nin də iştirak payı olan “DİAMED CO” Şpris İstehsalı Zavodu 2021-ci ilin avqust ayından etibarən daha bir yeni istehsal xəttini quraraq Global pandemiya dövründə ən çox tələb olunan COVID-19 virusunun PCR üsulu ilə aşkarlanması üçün istifadə olunan reagentlərin istehsalına başlayıb.
Zavod hazırda çox yüksək keyfiyyətli COVID 19 virusunu və onun mutasiyalarını təyin edə bilən reagentlər istehsal edir. Zavodun istehsal gücü illik 6 000 000 ədəddir.
Zavodun istehsal etdiyinin COVID-19 reagentlərinin qiymətlərinin aşağı olması ölkədə aparılan COVID testlərinin də qiymətinin aşağı düşməsinə səbəb olacaq.
Bundan əlavə, yerli reagentlərdən istifadə etməklə analizlərin nəticələri dəqiq olmaqla yanaşı, daha qısa müddətə hazır olacaq.

Qeyd edək ki, Pandemiya başladığı dövrdən bu günə qədər Statistika üzrə 5 526 664 ədəd COVID-19 PCR testi aparılmışdır və yerli istehsalçının olması ölkədən böyük məbləğdə valyuta axınının qarşısını alacaq.