• 25 Aprel 2024
logo
BMT-nin Azərbaycandakı nümayəndəliyi: Qadınlara qarşı zorakılıq növləri pandemiyadan sonra artıb

BMT-nin Azərbaycandakı nümayəndəliyi: Qadınlara qarşı zorakılıq növləri pandemiyadan sonra artıb

"Qlobal hesablamalara görə, dünyada ən az 3 qadından biri fiziki, cinsi, psixoloji zorakılığa məruz qalır".
Bunu BMT-nin Azərbaycandakı nümayəndəliyində Rezident nümayəndənin səlahiyyətlərini icra edən Çaru Bist Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin yardım tərəflərinin 1-ci Milli Konfransında deyib.
Onun sözlərinə görə,qadınlara qarşı zorakılıq növləri pandemiyadan sonra artıb: "Xüsusilə də məişət zorakılığı artıb. Avropa ve Asiyada zorakılıq hallarının artdığı daha çox müşahidə olunur. Buna kölgə pandemiyasıi adı verilib. COVID-19-la bağlı böhranın aradan qaldırılması üçün cəhdləri birləşdirməlidir. Dünyada bütün qadın sığınacaqlarının tutumlardan istifadə edilib. BMT tərəfdaşları ilə birlikdə kölgə pandemiyasının aradan qaldırılması istiqamətində əlindən gələni edib. Komitə ilə birlikdə işləyərək qadınlara dəstək vermək sosial iqtisadi imkanlardan istifadəsinə imkan yaratmışıq".