• 28 Mart 2024
logo
Bakıda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb

Bakıda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb

Bakı şəhərində bütün binaların istiliklə təminatı tam mümkün deyil. Paytaxtda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, bunlar, əsasən mülkiyyətçilərə məxsus binalarda istilik sistemləri ilə bağlı olan problemlərdir:

"Digərləri bir sıra texniki problemlərlə bağlıdır. Problemlərin aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə tədbirlər görülməkdədir".

Sədr müavini qeyd edib ki, Bakıda istilik sistemi təmin edilməyən binalar əsasən mərkəz hissədə, Nərimanov, Nəsimi rayonlarında yerləşir:

"Bunlar köhnə tipli bunlardır. Bəzi binalar 60-ci illərə aiddir, onlarda istilik sistemləri döşəmə tiplidir və bərpası mümkün deyil".

Qurum rəsmisi "Azəristiliktəchizat"ın ötən il mənfəətlə işləməsi məsələsinə də toxunub: "Bizim 15 ildən bəri yığılan borclarımız bir dəfəyə bağlandığı üçün bu gəlir mənfəət kimi görünüb. Amma biz ziyanla işləyirik. Bu gün "Azəriqaz"dan başqa heç bir quruma borcumuz yoxdur".