• 27 Yanvar 2022
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30893 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21935 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10426930, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5067433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4549652, buster doza üzrə vaksinasiya olunanların sayı isə 809845 təşkil edir.