• 26 Aprel 2024
logo
Azərbaycanda nikaha daxil olmaq istəyənlərin 1979-da sifilis, 581-də İİV/QİÇS aşkarlanıb

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin 1979-da sifilis, 581-də İİV/QİÇS aşkarlanıb

Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 21 253 nəfərdə talassemiya daşıyıcılığı, 1979 nəfərdə sifilis xəstəliyi, 581 nəfərdə İİV/QİÇS, aşkar edilib.

Bunu özəl olaraq Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktorun sözlərinə görə, indiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 228 cütlük aşkar edilib.

Z.Əlimirzəyeva əlavə edib ki, 2015-ci il iyun ayının 1-dən indiyədək nikaha daxil olmaq üçün 616 076 nəfər insan qan müayinəsindən keçib. Yalnız bu ilin yanvar-oktyabr ayları ərzində 116 263 nəfər qan müayinəsinə cəlb olunub. Onların 3018 nəfərində talassemiya daşıyıcılığı, 126 nəfərində İİV/QICS, 251 nəfərində isə sifilis xəstəliyi aşkar edilib. Bu ilin 10 ayı ərzində hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 39 cütlük prenatal müayinəyə cəlb olunub.