• 9 Dekabr 2021
logo
BMT Əhali Fondu: Azərbaycanda qadınların zorakılıqdan mühafizəsi üzrə mexanizmdə boşluqlar var

BMT Əhali Fondu: Azərbaycanda qadınların zorakılıqdan mühafizəsi üzrə mexanizmdə boşluqlar var

"Məişət zorakılığı üzrə mübarizəyə dair Milli fəaliyyət planı ötən il təsdiqlənib".
Bunu BMT Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş tədbirdə deyib. O bildirib ki, məişət zorakılığı sahəsində görüləcək çox iş var: "Qadınların zorakılıqdan mühafizəsi üzrə mexanizmdə boşluqlar var. Buna görə pilot “Qaynar xətt” layihəsinin genişləndirilməsi, zorakılığın yayılmasına dair sorğuların keçirilməsi zəruridir. Əsas məsələlərdən biri əhali arasında zorakılığın mənfi nəticələrinə dair maarifləndirmə keçirilməsidir".