• 30 Sentyabr 2022
logo
Təhsil-tələbə Krediti Reyestri yaradılacaq

Təhsil-tələbə Krediti Reyestri yaradılacaq

Təhsil-tələbə kreditlərinin qeydiyyatı məqsədi ilə Təhsil-tələbə Krediti Reyestri yaradılacaq.
APA-nın məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, təhsil-tələbə kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda tələbələrə təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin ödənilməsi üçün veriləcək.