• 5 İyul 2025
logo
Fazil Mustafa şəhidlərin bacı və qardaşlarına ev, yaxud müavinət verilməsini təklif edib

Fazil Mustafa şəhidlərin bacı və qardaşlarına ev, yaxud müavinət verilməsini təklif edib

“Çox az sayda şəhidin ata-anası yoxdur. Ancaq həmin şəhidlərin himayəsində bacı və qardaşları var idi”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, şəhidlərin bacı və qardaşlarına ev, yaxud müavinət verilmir: “Onların bacı-qardaşlarının da taleyini düşünərək bu humanist addımı atmalıyıq”.