• 3 Oktyabr 2022
logo
245 nömrəli məktəbdə əyani tədris bərpa olunub

245 nömrəli məktəbdə əyani tədris bərpa olunub

Oktyabrın 29-da paytaxtdakı 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.