• 6 Dekabr 2021
logo
DİM sədri: "Qəbul qaydalarında dəyişikliklər abituriyentlərin imkanlarını genişləndirmək üçündür"

DİM sədri: "Qəbul qaydalarında dəyişikliklər abituriyentlərin imkanlarını genişləndirmək üçündür"

“Bəzən qəbul qaydalarında dəyişiklik olanda abituriyentlərdə narahatlıq yaranır ki, ali məktəblərə qəbul çətinləşdirilir, bu, belə deyil”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bu dəyişikliklər abituriyentlərin imkanlarını genişləndirmək üçün aparılır: “Ali məktəblərlə sıx əməkdaşlıq edirik. Onlar istəyirlər ki, qəbul olan tələbələr ən azı məktəb proqramı səviyyəsində bu ixtisasları bilsinlər. Beynəlxalq münasibətlər və Regionşünaslıq üzrə təhsil almaq istəyənlər mütləq coğrafiyanı bilməlidirlər
Müharibə bitib, silahlar susub, amma bu müharibə beynəlxalq arenada aparır. Bunu isə beynəlxalq münasibətləri bitirən mütəxəssislər aparır. Ona görə beynəlxalq münasibətlər işində çalışan hər kəs gərək coğrafiyanı, xəritələri bilsin. Bu, müasir dövrün tələbləridir. III və II qrupda 2011-ci ilə qədər coğrafiya fənni var idi. O zaman həmin qruplarda orta statistik abituriyent bu fənni mənimsəyib cavab verirdi””.